"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Çox uğurlu mövsüm keçirdilər. Düşünürəm ki, 2-ci yer qoyulan məqsəd idi və futbolçularım ona nail oldular. Futbolçular həddindən artıq təzyiq altında oldular. Özünüz gördünüz ki, nə qədər oyuna itkilərlə çıxdıq. Bu gün Eminin, Azərin olmamağı oyunumuza təsir etdi".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının sonuncu turunda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Soyunub-geyinmə otağında futbolçularımı bu mövsümə görə təbrik etdim. "Qarabağ" kimi komandaya qarşı səhvlər etsən, bu qədər təcrübəsi olan komanda səni bağışlamaz. Gənc futbolçularımız var ki, bu cür oyunlar üçün hələ yetişməyiblər. Amma düşünürəm ki, belə oyunlarla da böyüyəcəklər. "Neftçi"ni təbrik edirəm. Fikirləşirəm ki, 2-ci yer pis nəticə deyil" - deyə o bildirib.
S.Abasov Emin Mahmudov və Azər Əliyevlə arasında anlaşılmazlıq olduğu ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: "Bu, ümumiyyətlə reallıq deyil. Haradan qaynaqlandığını yaxşı bilirsiniz. Yaxşı olar ki, bu haqda futbolçuların özlərindən soruşasınız. Onlar mənim xarakterimi çox yaxşı bilirlər. Futbolda və futboldan kənar onlardan nə istədiyimi bilirlər. İkinci yeri tutmağımız bir-birimizin arasında olan yaxşı münasibətdən irəli gəlir. Futbolçularımla aramda heç bir problem olmayıb.
"Neftçi"də qalacağını bilmədiyini söyləyən mütəxəssis növbəti mövsümə rotasiya ilə başlayıb-başlamayacağı sualı belə cavablandırıb: "Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil. Bugünkü situasiyanın acı nəticəsi həmin heyəti əlimizdə saxlamamağımız idi. Çempion olan heyətdən 5 nəfər qalmışdı. Bu da təsirsiz olmaya bilməzdi. Ötənilki tempi saxlamaq mümkünsüz idi. Hər şeyin fiaskoya getməməsi üçün yaxşı, zövqlü oyunu kənara atdıq. Komandanın pis oynamasının səbəbkarı da mənəm. Çünki özüm bunları bilərəkdən etdim ki, mövsümün sonunda ikinci yeri tuta bilək".
S.Abasov azarkeşlərin komandanın ikinci yeri tutmasından narazı olması ilə əlaqədar deyib: "Azarkeşlər həmişə narazı olmalıdır. Çünki onlar birinciliyi, avrokuboku istəməlidir. Bu, onların haqqıdır. Onların bəziləri ilə görüşüb danışmışam. Onların istəklərinin qarşısına mənim sadaladıqlarımı bəhanə kimi qəbul edə bilərsiniz. Azarkeş birinciliyi istədiyi üçün heç kim onları qınaya bilməz. Əsl azarkeş də belə olmalıdır".
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"