“Məni təqdimat zamanı Azərbaycanın ən yaxşı məşqçisi adlandırdılar. Həm klub rəhbərliyinin, həm məşqçilərin yaxşı olmasında ən böyük güc onun futbolçularıdır”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının 9-cu çempionluğu ilə münasibəti ilə keçirilən tədbirdəki çıxışında deyib.
“Onlar olmasa, bizim dediklərimizi icra edə bilməsə, biz yaxşı oynaya bilmərik. Futbolçularıma bir ad vermişəm: mənim döyüşçülərim. Bunu onlara inanaraq demişəm”- deyən Q.Qurbanov “Qarabağ”ın oyunçularına xitabən bildirib:
“Mən istərdim ki, siz günü-gündən daha güclü döyüşçü, daha yaxşı vətənpərvər olasınız və bizim Qarabağımızın dəyərini daha yaxşı anlayasınız. Mən heç bir bölgəni ayırmaq istəməzdim. Amma üzürlü hesab etsinlər, mən Qarabağı həmişə ayırıram. Burada uğurlarım olub-olmayıb, bundan sonra olacaq-olmayacaq bu ayrı məsələdir, amma “Qarabağ” digərlərindən fərqlənir. Mən bir azərbaycanlı olaraq o fikirdəyəm ki, bu komandada döyüşçü hissi olmayan futbolçu olmalı deyil. Ona görə də bir dostunuz, məşqçiniz olaraq mənim sizdən daim tələb etdiyim bu olacaq. Dostlar, biz uduza bilərik, kuboku almaya bilərik, amma biz döyüşçü olmaya bilmərik. Bu klub, ümumiyyətlə, Qarabağ özü Azərbaycan üçün böyük dəyərdir. Ölkə başçısının da bizə diqqəti tam fərqli olub. Ona görə də bizim məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur. Mən sizə güvənirəm və sizdən daha çoxunu tələb edəcəm. Bizi qarşıda daha böyük döyüşlər, uğurlar gözləyir. İnşallah, biz hamımız - sıravi işçilərimizdən başlayaraq bu uğurları əldə edəcəyik”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı