“Bu, ən çətin və ən maraqlı mövsüm oldu. Çünki hərtərəfli mübarizə aparmağa çalışırdıq. Yaxşı komanda formalaşıb. Oyunçu sayı çoxdur. Zədəlilərimiz isə az oldu. Ona görə də sonadək vuruşa bildik”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Maksim Medvedev Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib:
Millimizin üzvü daha yaxşı komanda olacaqlarına inandığını bildirib: “Konfrans Liqasında tarix yazdıq və Azərbaycan çempionu olduq. Ölkə kubokunu da qazanmaq istəyirik. Ötən il alınmadı. Bu il Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut etməyə çalışdıq. Fikrimcə, bizdə alındı. İnanıram ki, gələcəkdə daha yaxşı və perspektivli komanda olacağıq. Yeni tarix yazmağa hazırıq”.
33 yaşlı müdafiəçi Çempionlar Liqasında da tarix yazmaq istədiklərini qeyd edib: "İlk növbədə çalışacağıq ki, Avstriyada yaxşı toplanış keçək. İnanıram ki, uşaqlar hara getdiyimizi dərk edir. Orada səhv etməyə haqqımız yoxdur. İstəyirik ki, azarkeşlərimizi sevindirək və daha da irəli gedək. Çempionlar Liqasında da tarix yazmaq istəyirik. Biz bunu dərk edirik. Baş məşqçi ilə də söhbətimiz olub. Artıq indidən biz onu fikirləşməliyik. Çünki hər kəsə ÇL-də oynamaq nəsib olmur. Bu fürsətdən maksimum istifadə etməliyik. Klubumuzu və öz adımızı daha da yüksəltməliyik".
M.Medvedev "Qarabağ"ın əvvəlki illərdəkindən daha güclü olması fikri ilə razılaşdığını deyib: "Builki komanda ən yaxşı komandadır. Çünki, hərtərəfli mübarizə apara bilirik, heyətimiz genişlənib. Tək futbolçular yox, bilmədiyiniz şeylər var ki, onlar da çoxalıb. Ona görə də nəticələr gəlir. Düzdür, 8 dəfə çempion olmuşam və mənim üçün böyük nailiyyətdir. Komandada elə bəzi gənclər var ki, onlar ilk dəfədir çempion olub. Onları da təbrik edirəm. Allah qoysa, onların axırıncı çempionluğu olmayacaq, "Qarabağ"la yenə də çempionluqlar yaşayacaqlar".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı