Son günlər mediada azərbaycanlı futbolçu Fərid Nəbiyevin klubu “Viktoriya”dan (Jijkov, Çexiya) ayrılmağa hazırlaşdığı barədə məlumatlar yayılıb.
Məsələ ilə əlaqədar 28 yaşlı yarımmüdafiəçinin meneceri Vaqif Heydərli ilə əlaqə saxladıq. O, Qol.az saytına açıqlamasında yaxın günlərdə oyunçunun gələcəyi ilə bağlı Jijkov təmsilçisi ilə danışıqlar aparacaqlarını deyib:
“Fəridin “Viktoriya” ilə müqaviləsi davam edir. Hələ sözləşmənin başa çatmasına 2 il var. Sadəcə komanda aşağı liqaya düşdüyü üçün klubla bunu müzakirə edəcəyik. Çempionat yeni yekunlaşıb. Bir az sonra müzakirə edərək qərar verəcəyik”.
Heydərli bildirib ki, Nəbiyevə başqa klublardan da təkliflər gəlib:
“Maraqlanan, danışıqlar apardığımız klublar var. Amma çempionat yeni başa çatdığı üçün hər kəs istirahətdədir. Qarşıdakı günlərdə bununla bağlı müzakirələr aparacağıq”.
Menecer Fəridlə maraqlanan klubların adlarını açıqlamaq istəməyib:
“İndiki halda ad çəkmək doğru olmaz. Amma hər şey konkretləşəndən sonra ad açıqlaya bilərəm”.
Qeyd edək ki, Çexiyanın 2-ci divizionunda yarışan “Viktoriya” mövsümü 18 xalla 16-cı - sonuncu sırada başa vurub və aşağı liqaya yuvarlanıb. O, bu mövsüm liqada 23 oyun keçirib və 2 qol vurub. Fərid 2020-ci ildən bu komandada oynayır.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı