Premyer Liqanın 27-ci turunun dünən keçirilən“Zirə” – “Neftçi” matçının (1:0) qəhrəmanı Ramin Əhmədovdur desək, yəqin yanılmarıq.
21 yaşı iyunda tamam olacaq yarımmüdafiəçi 74-cü dəqiqədə Cəlal Hüseynovun əvəzinə meydana daxil oldu, bundan 8 dəqiqə sonra – 82-ci dəqiqədə isə komandasının qələbə qolunu vurdu. O, cərimə meydançası daxilində “Neftçi”nin iki təcrübəli oyunçusunun əhatəsində çıxaraq fərdi ustalığı sayəsində topu rəqib qapısından keçirməyi bacardı. Nəticədə “Zirə” mühüm qələbə qazandı və bu uğur sayəsində Konfrans Liqasına vəsiqəni təmin etdi.
Raminin qoluna videonun 3:20-ci dəqiqəsindən baxa bilərsiniz
Oyundan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Raminin oyununa yüksək qiymət verdi.
Bəs, Azərbaycan futbolnun gənc istedadlarından olan R.Əhmədov kimdir?

1 iyun 2001-ci ildə doğulan Ramin Zaqatala futbol məktəbinin yetirməsidir və yarımmüdafiəçidir. O, “Zirə”yə ötən ilin avqustunda azad agent kimi birinci divizion təmsilçisi “Zaqatala”dan cəlb olunub. Klub həmin vaxt açıqlama yayaraq “20 yaşlı Ramin Əhmədovla 4 illik müqavilə imzalandığını” elan edib. R.Əhmədov bu mövsüm Premyer Liqada ümumən 8 oyunda meydana çıxıb və 1 qol vurub. Onu Rəşad Sadıqovun kəşflərindən də saymaq olar. Gənc mütəxəssis dünən keçirdiyi mətbuat konfransında Raminlı bağlı sualı da cavablandırıb. O, Raminin bu mövsüm əsas heyətdə daimi çıxış etməməsini rəqabətlə əlaqələndirsə də, futbolçuya inamını da etiraf edib:

“Əslində oyundan (“Neftçi” ilə) əvvəl onu əsas heyətdə fikirləşirdim. Son məşqlərdə özünü həqiqətən yaxşı tərəfdən göstərirdi. Əsas heyətdə oynamaması rəqabətlə bağlıdır. Bizdə meydanın mərkəzində Hacı, Muhammed, Coçqun, qış fasiləsindən sonra Ahmed çıxış edir. Onlar daha təcrübəli olduqları üçün rəqabətdə üstün idilər. Oyunlar da gərginləşdikcə bir az ehtiyat edirdim. Amma bu gün belə çətin məqamda risk edib onu meydana buraxdıq. O da artıqlaması ilə bunun əvəzini verdi. Keçən il Ramin “Zaqatala”da çıxış edirdi. Birinci liqadan 2-3 futbolçu götürmüşdüm ki, orada oynayanlara da şans vermək lazımdır və unudulmamalıdır. O vaxt mənim onlarla bağlı fikirləşdiyim bu gün mənə qızıl xallar qazandırdı. Bu, mənim üçün Allahın hədiyyəsi, bərəkəti oldu”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı