"Nəzərə almaq lazımdır ki, iki gün əvvəl "Qarabağ"la matçda ağır məğlubiyyət aldıq. Komanda həm fiziki, həm psixoloji cəhətdən düşmüşdü. Bu oyundan sonra bugünkü nəticə haqda ancaq xoş sözlər demək olar".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 27-ci turunda "Sabah"la heç-heçə etdikləri oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.
"Rəqibimiz avrokuboklar uğrunda mübarizə aparırdı. "Qarabağ"a məğlubiyyətdən sonra özümüzü toparlaya bildik. Komandam xoş sözlərə layiqdir. Turnir cədvəlindəki yerimiz bəllidir. Buna baxıb, nəsə demək düzgün olmaz" - deyə o bildirib.
Mütəxəssis yeni mövsümlə bağlı müzakirələrin olub-olmadığı ilə bağlı söyləyib: "Kimin gedəcəyi, kimin gələcəyi ilə bağlı danışmaq lazım deyil. İnkişafla bağlı planlarımız var. Bu, toplanışlar və yeni transflerlərlə bağlıdır. Biz bütün oyunlara baxmalı, təhlillər etməliyik. Komandada bəzi müsbət dəyişikliklər var.
A.Baqa Höccət və Vurğun tandeminin özünü doğrultması ilə əlaqədar deyib: "Müsbət dinamika var. "Şamaxı" ilə oyunda 3 xal qazanmışdıq. Bu dəfə də yaxşı nəticə oldu".
Baş məşqçi komandadan ayrılmaq istədiyi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: "Dünən mənə bu xəbəri göstərdilər, gülümsədim. Orada yazmışdılar ki, 38 yaşlı mütəxəssis, amma mənim 41 yaşım var. Bu faktı görəndən sonra məlumatın necə yazıldığını başa düşdüm".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı