"Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Hiss olunurdu ki, həyəcanlı və istəkli idilər. "Səbail"ə də uğurlar arzu edirəm".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis son turda "Neftçi" ilə görüşdə yalnız gənc futbolçulara şans verməyi düşünüb-düşünmədiyi barədə sualı belə cavablandırıb: “Ümumiyyətlə, belə planım yoxdur. Əvvəl də bildirmişdim ki, çempionatın sonuna yaxın futbolçuları öz idman formalarından uzaqlaşdırmaq olmaz. Görürsünüz ki, hər oyunda heyətdə rotasiya edirəm. Növbəti matçda az oynayan futbolçular meydanda olacaqlar. Bir-iki nəfəri çıxmaq şərtilə bütün futbolçular yetərincə oynayırlar”.
Qurbanov futbolçuları Toral Bayramov və Riçard Almeydanın yorğun olduqlarına görə meydanı axsayaraq tərk etdiklərini deyib: “Toral və Riçardın zədəsi yoxdur. Yorğunluqdandır. Əzələlərində sudurqa tutub”.
Çalışdırıcı bildirib ki, 28-ci turda “Neftçi” ilə oyun üçün komandanın heyətində dəyişikliklər olacaq: “Böyük ehtimalla, meydana eyni heyətlə çıxmayacağıq. Heyətdə dəyişikliklər olacaq.
Q.Qurbanov “Səbail”lə matçı buraxan futbolçularından Marko Veşoviçə istirahət verdiyini, Abbas Hüseynovun isə zədəli olduğunu bildirib: “Veşoviçə istirahət vermişdim. Abbas isə zədəlidir. Azərbaycan kubokunun finalında oynamaq ehtimalı var. Amma hələ komanda ilə məşqlərə başlamayıb. Yəqin ki, 23-lükdə olacaq. Lakin, əsas heyətdə oynayacağına inanmıram”.
Baş məşqçi ölkə kubokunun final oyununa görə Qəbələyə 1 gün əvvəl yollanacaqlarını deyib: “Qəbələyə 1 gün əvvəl gedəcəyik. Proqramımız belədir”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı