"Mən kiməsə nəsə sübut etməyə çalışmıram" - Rəşad Sadıqov

"Mən kiməsə nəsə sübut etməyə çalışmıram" - Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 15 May 2022 / 19:47 2197
-  A +

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Konfrans Liqasına vəsiqə əldə etdik. Amma 3-cülük uğrunda mübarizə davam edir. İlk hissədə daha üstün idik. Fasilədən sonra ərazi üstünlüyü rəqibdə oldu. Qol şansı verməməyə çalışırdıq. O məqamda riskli qərar verdim, sistemi dəyişdim. Meydanın mərkəzində təzyiq etmək istəyirdik. Ramin Əhmədovu oyuna buraxmağımız uğurlu alındı. Həm rəqibin təzyiqinin qarşısını aldıq, həm də qələbə qolumuzu vurduq". 

Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim üçün gərgin və maraqlı oyun oldu. Komanda böyümək istəyirsə, belə qələbələrə çox ehtiyac var. Qarşıda iki vacib matçımız var. Hələlik “Şamaxı” ilə oyuna köklənmişik. Mövsümün gedişində demişdim ki, hədəfimiz Konfrans Liqasıdır, amma şans varsa, bürünc medal əldə etməyə çalışacağıq" - deyə o bildirib.

Mütəxəssis Konfrans Liqasına vəsiqəni təmin edən komandanın baş məşqçisi kimi Avropa arenasına çıxacağı ilə bağlı deyib: "Oyundan qabaq da qarışıq hisslər var idi. Turnir cədvəlində gərgin durum yaranmışdı. İndi xüsusi hisslər yoxdur. Buna vaxt da yoxdur. Qarşıda oyunlarımız var. Yəqin ki, hissləri həmin oyunlardan sonra yaşayarıq. Belə şeyləri çox görmüşəm, qətiyyən arxayınlaşmaq olmaz. Hazırda 3-cü yeri tutmaq barədə düşünməliyik. Mövsümün sonunda bayram etməyə vaxtımız olacaq".

R.Sadıqov onun kəşflərindən olan Ramin Əhmədovun uzun müddətdir oynamamasının səbəbini belə izah edib: "Rəqabətə görə belə oldu. Oyundan əvvəl start heyətdə onu düşünürdüm. Məşqlərdə özünü yaxşı göstərmişdi. Orta xətdə böyük rəqabət var. Bu gün risk edib onu meydana buraxdıq, bundan yaxşı istifadə etdi. O, bura “Zaqatala”dan gəlib. Düşünürdüm ki, aşağı liqadan futbolçuları oynatmaq lazımdır. O vaxt fikirləşdiyim indi mənə qızıl xallar qazandırdı".

O, “Zirə”nin indiki maddi durumu ilə avrokubokda hara kimi getməsinin mümkün olacağı ilə bağlı verilən sualı belə cavablandırıb: "Bir işi bitirməmiş gələcək planlar barədə düşünmürəm. Bünövrəni elə qurmalıyıq ki, komandanı inkişaf etdirək. Nə qədər pul olsa, daha yaxşı çıxış edərik. Bu barədə düşünmürəm. Çünki bizə mane ola bilər. Bütün fikrimizi buna yönəltmişik. Bundan sonra yavaş-yavaş düşünməyə başlayacağıq".

Baş məşqçi Brayan Alseusun komandaya gələndən elə də çox oynamaması ilə əlaqədar söyləyib: "Qış fasiləsində çox oyun buraxmışdı və komandaya da gec qoşulmuşdu. Bu da rəqabətda ona mane ola bilər. Təcrübəsi, ustalığı yaxşı səviyyədədir. Özüm də narahatlıq yaşayıram ki, ona kifayət qədər şans vermədik. Kimin komandada qalacağı ilə bağlı mövsüm bitdikdən sonra düşünəcəyik".

R.Sadıqov Çantakiasla Lavalın epizodundan rəqib oyunçuya qırmızı vərəqə göstərilib-göstərilməməsi ilə bağlı deyib: "Diqqətlə baxmaq lazımdır. Mən Azərin əllə oynamasına etiraz edirdim. Onu görmədim. Kənardan dedilər ki, zərbə vurub. Buna etiraz edirdim. Sakit məqamda 4-cü hakim izah etdi ki, sarı vərəqə deyildi".

O, hücumçuları Davit Volkovun komandada saxlamağın çətin ola biləcəyini söyləyib: "Hər bir uğur olan yerdə futbolçulara diqqət olur. Maksimum çalışacağəq ki, komandada qalsın. Amma onu sıxmıram, istəsə, gedəcək. Qalmasını istəyirik, getsə, yerinə başqa oyunçu axtaracağıq".

Ölkəmizdə bu gün avrokuboklara vəsiqə qazanan bütün komandaları yerli məşqçilər çalışdırır. R.Sadıqov əvvəlki açıqlamalarınızın birində yerlilərə şans verilməsinin daha doğru olduğunu demısi ilə bağlı fikrinin xatırladılmasına belə münasibət bildirib: "Mən kiməsə nəsə sübut etməyə çalışmıram. Başımı aşağı salıb işimi görməyə çalışıram, gerisi Allahdandır. Məni sevənləri, istəyənləri sevindirmək barədə düşünürəm".

Daha çox


Son xəbərlər
topaz banner