"Rəqibi təbrik edirəm. Avrokuboka vəsiqə qazandılar. Bir stimul qalmayanda komandanı kökləmək, hazırlamaq çətin olur. Buna baxmayaraq, komanda yaxşı futbol göstərdi. Bu ssenarini gözləyirdik. Rəqib əks-hücumlarda və standart vəziyyətlərdə fərqlənə bilərdi. Bütün futbolçular meydanda can qoydular. Gərgin matç alındı. Oyun heç nəyi həll etməsə də, yaxşı oyun göstərmək istəyirdik. Məğlubiyyətə görə paltardəyişmə otağında həddən artıq əsəbi idilər. Ağır mövsümdə ikinci yeri təmin etmək yaxşı nəticədir”.
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, azarkeşlərin onu növbəti dəfə istefaya səsləməsinə də münasibət bildirib: “Bu gün azarkeşlərimiz ötən oyunlarla müqayisədə daha sakit idilər. Bir-iki dəfə mən də eşitdim. Baş verənlərə izah vermişəm. Öz aramızda olan söhbəti öz aramızda həll edəcəyik. Bu, kənara çıxmayacaq. Azarkeşin istəyi normaldır. Bu söhbətə son qoymaq istəyirəm. Bir də bu suala qayıtmayacağam”.
Mütəxəssis gənclərə şans verilməsindən danışıb: "Lazımlı oyunlarda gəncləri oynatmışıq. İndi gəncləri oynatmaq gözdən pərdə asmaq olar. Həftə ərzində özünü yaxşı göstərənlərə daim şans vermişik. Statistikaya baxsaq, ən çox gənclərə şans verənlərdən biri də bizik. Lazım olanda cavana, yaşlıya baxmıram"
Abasov mövsümü belə dəyərləndirib: “Qazandığımız nəticələri çox yaxşı hesab edirəm. Baş məşqçi üçün məqsədə çatmaq yaxşıdır. Çox çətin mövsüm oldu. Məğlubiyyətsizlik seriyası da yaşadıq, gənclərlə, rotasiya ilə ən yaxşısı nə idisə, ona da nail olmuşuq”.
O, müqaviləsinin müddətinin başa çatması ilə bağlı deyib: “Klub rəhbərliyi ilə bu barədə danışmamışam. İdman direktorumuz Zaur Əzizovla danışır, müzakirə edirik. Hansı qərar qəbul edəcəklərsə, ya qalacağıq, ya göndəriləcəyik”.
Baş məşqçi son turda qarşılaşacaqları “Qarabağ”la oyun haqda da danışıb: “İtkilərlə çıxacağıq. Bu gün Emin Mahmudov yox idi. Son dəqiqələrdəki penalti epizodunun verilməməsi maraqlıdır. “Qarabağ” əzəli rəqibimizdir. Ona hazırlaşmalıyıq. Biz də bu qarşılaşmaya hazır olmalıyıq. Bu gün məqsədimiz oyun oynamaq, qalib gəlmək idi. Bunun üçün hər şey etməliydik. Aqressiya da bunun içindədir. Hər iki komandada aqressiya var idi. Rəqibə xal lazım idisə, biz də bunu istəyirdik”.
Abasov qışda İrandan təklif aldığını da söyləyib: “Qışda mənə zəng gəldi ki, “Traktorsazi” sizi istəyir. Mən də dedim ki, "Neftçi"yə məxsusam. Onlarla danışın. Sonradan Saman Nərimancahan da zəng etdi və mənimlə maraqlandıqlarını dedi”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı