“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının qalibi olub.
Qol.az xəbər verir ki, “qırmızı-qaralar” çempionluğu 25-ci turdan təxirə salınan matçda qazanıb.
“Qarabağ”la səfər oyununda 6:0 hesabı ilə qalib gələn “Qəbələ” 23 görüşdən sonra xal hesabını 59-a çatdırıb. Bununla da Zaur Hacıyevin baş məşqçisi olduğu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq qızıl medalları təmin edib.
Bu, “Qəbələ”nin Gənclər Liqasında 7-ci çempionluğudur. “Qırmızı-qaralar” 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və kubok formatında keçirilən 2020/21 mövsümlərinin qalibi olub.
"Qəbələ"nin U-19 komandası yeni mövsümdə UEFA Gənclər Liqasında iştirak edəcək.

“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”