“Neçə illərdir ki, bu xəbəri gözləyirdik. Şükürlər olsun ki, Premyer Liqaya çıxırıq”.
Bu sözləri Qol.az-a açıqlamasında “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev deyib.
Klub rəsmisi “Turan Tovuz” və “Kəpəz”dən başqa “Zaqatala”nın da eltitada iştrirak etməyə layiq olduğunu biıdirib: “Düzdür, bu gün bəzi klublar var ki, kənarda qalırlar. “Zaqatala”nı qeyd edə bilərəm. Onları bizdən yaxşı başa düşən olmaz. Bizim çempion olub, Premyer Liqaya çıxa bilmədiyimiz vaxtlar olub. Ümid edirəm ki, Premyer Liqaya çıxmaq istəyən digər klublara da qarşıdakı illərdə şans yaradılar”.
“Turan Tovuz”un çalışdırıcısı Əfqan Talıbovun Premyer Liqada baş məşqçidən tələb olunan Pro kateqoriyası yoxdur. Bəs yeni mövsümdə komandanı kim çalışdıracaq? Bu sualı cavablandıran Nəbiyev bir neçə məşqçi ilə danışıq apardıqlarını bildirib: “Bizdə hələ ki, büdcə bilinmir. Bəli, lisenziyalaşdırmanın tələbi odur ki, Premyer Liqada işləyən baş məşqçinin Pro kateqoriyası olmalıdır. Əfqan Talıbov bizdə həm də Müşahidə Şurasında çalışır. Yəni klubun bir üzvüdür. Ortaq bir qərara gəlinəcək. Ondan sonra baş məşqçi təyin olunmalıdır ki, komandanı komplektləşdirsin. Pro kateqorisyası olan hər hansı bir məşqçini tapıb komandaya cəlb etməliyik. O, bizdə köməkçi məşqçi kimi işləsə belə, adı baş məşqçi kimi getməlidir. Bilmirəm, hansı məşqçi bunu qəbul edib gəlib işləyər. Amma belə hallar başqa klublarımızda da olub. Bu məsələlər müzakirə olunmalıdır. Hələ açıq qalıb. Çünki büdcə hələ bilinmir Ona görə də biz heç kimə heç nə deyə bilmirik. Ayxan Abbasov və bir neçə məşqçinin adı çəkilir. Bu da normal haldır. Elələri də var ki, adı çəkilmir, amma bizim planımızda var. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev bir neçə məşqçi ilə görüşüb. Onların fikrini öyrənib. İlk növbədə bilməliyik ki, Tovuzda işləyərlərmi. Çünki Bakıdan 500 kilometr uzaqda olan rayondur. Gedib-gəlmək var. Yəni bu yöndə bir neçə məşqçi ilə danışıqlar olub, onların fikri öyrənilib”.
N.Nəbiyev bu həftə büdcə məsələsinə aydınlıq gələcəyini də əlavə edib: “Böyük ümidlə gözləyirik ki, bu həftə bilinəcək. 500 minlə heç nə edə bilmərik. Bəli, Premyer Liqada iştirak edə bilərik, amma komanda formalaşdırmaq olmaz. Bizim müəyyən görüşlərimiz olmalıdır. Komandaya hər hansı bir yardım olması gözlənilir. Görüş olmadan bu haqda ətraflı danışa bilmərəm. Hər şey büdcədən asılıdır. Biz büdcəni bilməliyik ki, baş məşqçini dəvət edək, o da hansı heyəti qura biləcəyini müəyyənləşdirsin”.
Ramiq Ağaməmmədov
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi