"Oyuna nəzarət edən tərəf idik. Bu stadionda oynamaq hər komanda üçün asan deyil. “Qəbələ” və “Qarabağ” da burada uduzub. Ona görə də burada 90 dəqiqə konsentrasiyanı saxlamaq lazım idi".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 26-cı turunda bu gün səfərdə "Səbail"ə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.
- “Sabah” üstünlüyündən qeyri-səriştəsiz istifadə edirdi. Rəqibi qiymətləndirmirdiniz?
- Rəqibi qiyəmətləndirməmək kimi düşüncəmiz yox idi. “Səbail”ə hörmətlə yanaşırdıq. Hörmətsiz yanaşsaydıq bu, bizə baha başa gələ bilərdi. Daha çox qol fürsətlərindən istifadə edə bilərdik.
- Elvin Camalovun əvvəlki performansından 1 faiz də qalmayıb...
- Sizinlə razı deyiləm. Elvin komandamızın lideridir. Hər oyunda meydanda böyük iş görür. Müdafiədən hücuma keçərkən böyük funksiyaları yerinə yetirir. Ona görə sizinlə razı deyiləm. O, hazırda ən yaxşı mövsümlərindən birini keçirir.
- Aleksey Kaşuk və Lukas Rangel yeni mövsüm komandada qalacaq, yoxsa onların komandada qalması avrokuboklara düşüb-düşməməyinizdən asılıdır?
- Hər ikisinin “Sabah”da oynamaq xoşuna gəlir. Nümayəndələrilə danışıqlar gedir. Bu, bir balaca çətin prosesdir. Kaşuk “Şaxtyor”a məxsusdur. Danışırıq, amma konkret bir şey yoxdur.
- Növbəti mövsümdən U-21 limiti olmayacaq. Bu barədə fikriniz necədir?
- Nəsə demək çətindir. Çünki biz komandanı limiti nəzərə alaraq komplektləşdirmişdik. Amma çempionatın bitməsinə 3 həftə qalmış U-21 limitinin ləğv olunduğunu bildirdilər. Ümumiyyətlə, hər hansı limitə qarşıyam. Fikrimcə, meydanda ən yaxşılar oynamalıdır. Bu da oyunçuların səviyyəsini artıracaq. Yəni, biz sadəcə pasporta yox, futbolçuların ustalıq səviyyəsinə baxmalıyıq. Biz federasiyanın hər qərarına hörmətlə yanaşmalıyıq. Gələn il komandanın necə olması, seleksiya işimizdən və yeni mövsümə necə hazırlaşmağımızdan asılıdır.
- İkinci hissəyə 10 nəfərlə çıxmışdınız. Boyan Letiç sizi yaddan çıxarmışdı, yoxsa siz onu?
- Birinci hissədə topuğundan zədələnmişdi. Biz ikinci hissəyə başlayanda yan hakimə dedik ki, gözləyək oyunçu gəlsin. O da bildirdi ki, top çıxandan sonra əvəzetmə edə bilərik, çünki hakim oyunu başlamalıdır.(sportal.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı