“Neftçi”nin futbolçusu Rüfət Abbasov klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, "ağ-qaralar"ın yetirməsi olan 17 yaşlı müdafiəçi “Neftçi”nin formasını geyinməklə uşaqlıq arzusuna çatdığını bildirib.
- Rüfət, “Neftçi” kimi köklü klubun yetirməsi olmaq nə deməkdir?
- Bu mənə həm əlavə motivasiya, həm də qürur hissi verir
.- Bundan əvvəl əsas komandanın formasını sınaq matçlarında geyinmişdinsə, “Sumqayıt”la görüşdə ilk dəfə olaraq rəsmi oyunda meydana çıxdın. 17 yaşında bunu yaşamaq necə hissdir?
- “Neftçi”nin formasını geyinmək uşaqlıq arzum idi. Bu günə qismət imiş. 17 yaşında “Neftçi” kimi köklü klubda, Azərbaycanın flaqmanında forma geyinmək mənim üçün fəxrdir. Olduqca qürürverici hissdir.
- Ümumilikdə yaxşı təsir bağışlasan da, bəzən ilk rəsmi matçın həyəcanı hiss olunurdu. Öz oyunundan razısanmı?
- İlk rəsmi oyunum olduğu üçün, əlbəttə, həyəcan var idi. Əlimdən gələnin ən yaxşısını edib məşqçilərimin etimadını doğrultmağa çalışdım. Öz üzərimdə daha çox işləməliyəm. Bu formanı geyinməyin haqqını vermək üçün maksimum səylə öz üzərimdə çalışacağam.
- “Qəbələ” ilə səfər oyununa hazırlıq necə gedir?
- Yüksək səviyyədə gedir. Məşqçilərimiz bizi oyuna hazırlaşdırır. Məqsədimiz odur ki, Qəbələ səfərindən qələbə ilə qayıdaq.
- Hər oyunda olduğu kimi, “Sumqayıt”la səfər matçında da azarkeşlər komandamızın yanında idilər. Onlara sözün varmı?
- Azarkeşlərə bizə verdikləri möhtəşəm dəstəyə görə minnətdarlığımı bildirirəm. Həmişə onların yanımızda olması bizə əlavə güc, əlavə stimul verir. Bir sözlə, onlar həmişəki kimi möhtəşəm idilər.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı