“7 ildir ki, biz bu xəbəri gözləyirdik. Axır ki, həyata keçdi. Çox sevinirik. Bilirəm ki, “Turan Tovuz”un azarkeşləri də Premyer Liqada oynamağımızı çoxdandır gözləyirdi”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Turan Tovuz”un Müşahidə Şurasının rəhbəri Oqtay Abdullayev AFFA-nın komandaya növbəti mövsüm Premyer Liqada oynamaq üçün lisenziya verməsi barədə danışarkən deyib. O, çox sevincli olduqlarını bildirib:
“Tovuz Azərbaycanın futbol şəhəridir. Elə ölkəmizi avrokuboklarda ilk dəfə “Turan Tovuz” təmsil edib. Ona görə də bu xəbəri böyük sevinclə qarşıladıq”.
O.Abdullayev qeyd edib ki, “Turan Tovuz”un inkişafı üçün kluba maliyyə dəstəyi lazımdır: “Bizim bu sevincimizə iş adamları da şərik olmalıdırlar. Onlar kömək etməlidirlər. Bir adam yox, 7-8 imkanlı adam lazımdır. Bir nəfər kömək etsə, çatdırmaq olmaz. Maliyyə məsələləri bir az çətindir. AFFA-nın 500 min manatlıq maliyyə dəstəyi ilə bağlı isə onu deyə bilərəm ki, bu pulla klub saxlamaq qeyri-mümkündür. İstəsək də, bunu edə bilmərik. Mən inanıram ki, iş adamları bizi eşidəcəklər. Biz də onlarla əlaqə saxlamağı, görüşməyi planlaşdırırıq. “Turan Tovuz”u yaşatmaq üçün biz öz təkliflərimizi deyək, onlar öz təkliflərini irəli sürsünlər. AFFA-nın Futbolun İnkişafı Fondu da bizə dəstək olacaq”.
O.Abdullayev bildirib ki, maliyyə problemlərini yoluna qoyduqdan sonra büdcələrinə uyğun məşqçi və futbolçular seçəcəklər: “Biz Premyer Liqaya gəlib, oynamaq, futbola daha da güc, rəng vermək istəyirik. Büdcəmizi təsdiq edəndən sonra məşqçi məsələsinə baxacağıq. Məşqçi dəvət edəndə gərək, bilək ki, büdcəmiz nə qədərdir. Həmin büdcəyə uyğun da futbolçular yığılmalıdır. Düzdür, əsas üstünlüyü yerli oyunçulara, gənc futbolçularımıza verəcəyik”.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı