Azərbaycan Premyer Liqasında 10 komanda – Rəsmi

Azərbaycan Premyer Liqasında 10 komanda – Rəsmi
ÖLKƏ FUTBOLU 6 May 2022 / 12:54 7147
-  A +

2022/23 mövsümü Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edəcək.

Qol.az xəbər verir ki, AFFA-nın Lisenziya Komissiyasının bugünkü iclasında birinci divizion təmsilçiləri “Kəpəz” və “Turan Tovuz”a lisenziyanın verilməsi barədə qərar verib. Bundan başqa, hazırda Premyer Liqada son pillələrdə olan “Səbail” və “Sumqayıt”a da yüksək liqada iştirak üçün lisenziya verilib.

Premyer Liqa yarışlarında iştirak etmək üçün “Qaradağ-Lökbatan”, “Zaqatala” və MOİK-ə isə lisenziya verilməyib.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner