"Komandamı təbrik edirəm. Çətin səfər oyunundan qalibiyyətlə ayrıldıq. Kubok məğlubiyyətindən sonra qələbəyə ehtiyacımız var idi. Bu gün fiziki baxımdan mükəmməl formadayıq. Oyun nəzarətimiz altında idi. Gənc oyunçularımızı da təbrik edirəm. Ümumi ansambldan qopmadılar".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Bu gün "Neftçi"dən gözləntilər həddən artıq böyükdür. Bu komanda ilə ən yaxşısını eləmişik. Son vaxtlar "Neftçi"də bu qədər cavan futbolçu oynadan məşqçi olmamışdı. Bütün bunlar, xüsusən də, yaşlı oyunçularımızın əziyyətinin bəhrəsidir. Bugünkü reallıq budur ki, "Neftçi" çıxdığı oyunlarda mübarizə aparmalıydı. Əvvəllər müdafiədə çox səhvlər edirdik. Amma bu gün komanda şəklində bunlara imkan vermirik. Uğurlu seriyanı davam etdirməyə çalışacağıq. İndiki durumda 2-ci yeri tutmaq bizim üçün o qədər də pis deyil" - deyə o bildirib.
"Neftçi"nin baş məşqçisi bu gün müdafiənin mərkəzində oynayan Eddi İsrafilovun çıxışını belə dəyərləndirib: "Qınayırlar ki, niyə tez-tez sistem deyişir? İtkilərimiz var, bu gün cinah müdafiəçilərimiz yox idi. Nələrsə etməliydik və sistem dəyişdi. Nə üçün sistemi dəyişdiyimizi də soruşacaqlar. Bu gün məcburiyyətdən onu mərkəzdə oynatdıq və əla çıxış etdi. Bəlkə Mbodju göndərib, onu saxlayaq? (gülür)".
O, "Neftçi"dən ayrılan futbolçu Romen Baskın müsahibəsinə münasibət bildirib. Bask Abasovun onunla prinsip apardığını, ammma sonradan kluba qayıtmaq istədiyini söyləmişdi.
"Onun müsahibəsini oxudum, çox məyus oldum. Ona qarşı çox yaxşılıq elədik. Bask bu gün ardıcıl 3-4 oyun oynayacaqdı. Çünki Kane getmişdi. Sadəcə "Havr"dan kapitan kimi gəlmişdi. Tələsik qərar verdi. Bəlkə də burada dözə bilərdi. Çox yaxşı transferlərimizdən biri idi. Bundan sonra zəng edib-etməyəcəyimiz sonrakı söhbətdir. Amma mən onun komandamızda olmasını istərdim".
S.Abasov "Neftçi"də adətən tez-tez klub daxilində kimlərinsə arasında mübahisələr olduğunun yazılması ilə bağlı söyləyib: "Adətdir. Araşdırmaq lazımdır. Bizim komandada çaxnaşma salmağa çalışırlar. Vacib oyunlar qabağı komanda daxilində problemlərin olduğunu deyirlər. Gah Samir Brkiçi istəmir, gah Samir kimləsə mübahisə etdi, onu bəyənmir-filan. Klubda hər kəs əziyyət çəkir, hamının zəhməti var. Bu gün bu komanda çətin kubok oyunundan sonra Sumqayıt səfərinə gəlir. Həqiqətən, çox çətin idi.
Baş məşqçi yeni müqavilə ilə bağlı rəhbərlikdən ona təklif olub-olmadığı ilə əlaqədar sualı belə cavablandırıb: "Mənimlə müqavilə uzadılmadığı üçün kiməsə heç nə deyə bilmərəm. Deyə bilərəm ki, komanda çoxdan idi çempion olmurdu, mən etdim, kubokda final oynamırdılar, mən çıxardım. Uzadarlar, qalıb işləyərik".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı