“Qarabağ”ı layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm açıq-aşkar ən güclü komanda idilər. Bundan əlavə avrokuboklarda parlaq şəkildə çıxış etdilər. Çox yaxşı iş görüblər".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 25-ci turunda bu gün səfərdə "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
1:1 hesabı ilə başa çatan oyun "Qarabağ"ın çempionluğu təmin etməsi ilə nəticələnib. Rusiyalı mütəxəssis görüşü belə şərh edib: "Qırmızı vərəqəyə qədər “Qarabağ” bizdən güclü və aqressiv oynayırdı. Demək olar ki, bizim üçün çətinliklər yaratdı. Amma futbol ona görə gözəldir ki, bir hərəkət oyunun gedişatını dəyişə bilər. Oyun azarkeşlərin xoşuna gəldi. Emosiyalar çox idi. Hər iki komanda da nəticədən məmmun qaldı. İlk yarıda kifayət qədər cəld oynamırdıq. Rəqib düzgün pressinq edib, topları alırdı. “Qarabağ”la daha cəld oynamalısan".
Musayev “Qarabağ”dan Çempionlar Liqasında gözləntilərini də açıqlayıb: "İndi nəsə demək çətindir. Mərhələlər keçmək lazımdır, birbaşa qrup mərhələsinə düşməyəcəklər. Gördük ki, onlar qrupa düşməyə qadirdilər. Ev oyunlarında stadion dolu olanda, “Qarabağ” hər bir rəqibi uda bilər".
Baş məşqçi 1:1 hesabını ədalətli sayıb: “Qarabağ” bizdən 50-60 dəqiqə daha yaxşı oynadı. Sonda bir qol vurduq. Deməzdim ki, nəticə ədalətsizdir. Hətta 10 nəfərlə də qapımız qarşısında standart vəziyyətlərdə “Qarabağ”a qarşı çətinlik çəkdik. “Qarabağ”a bir xal bəs idi. Bizim üçün də bir xal avrokuboklar uğrunda mübarizədə çox önəmlidir.
M.Musayev "Mövsümün əvvəlində autsayder idiniz. Siz daha əvvəl gəlsəydiniz, komanda çempionluq mübarizəsində olardı?" sualını sə belə cavablandırıb: "Bu “Qarabağ”la mübarizə aparmaq çox çətindir. Üçlük uğrunda mübarizə aparardıq. Dəqiq deyirəm. Real olmaq lazımdır. Fikrimcə, onlara qarşı kifayət qədər mübarizə apara bilməzdim. Amma gələcəkdə bunu etməyə çalışacağıq".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı