"Zirə" ilə oyunda bəxtimiz gətirmədi" - "Neftçi"nin qapıçısı

"Zirə" ilə oyunda bəxtimiz gətirmədi" - "Neftçi"nin qapıçısı
ÖLKƏ FUTBOLU 2 May 2022 / 15:12 2987
-  A +

"Neftçi"nin qapıçısı İvan Brkiç -"Zirə" ilə keçirilən kubok matçı ilə bağlı fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, xorvatiyalı qolkiper İnstaqram səhifəsində yarımfinal mərhələsinin "Zirə"yə qarşı cavab oyunu haqda yazıb:

"Bunu qəbul etmək çətindir. Amma biz ən yaxşısını etməyə çalışdıq. Sadəcə bu dəfə şans bizim tərəfdə deyildi".

Xatırladaq ki, yarımfinalın hər iki görüşündə "Zirə" ilə qolsuz heç-heçə edən "Neftçi" penaltilər seriyasında uduzaraq (2:4) kubokla vidalaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner