Namik oynadı, "Bursaspor" 3 qolla qalib gəldi

Namik oynadı, "Bursaspor" 3 qolla qalib gəldi
ÖLKƏ FUTBOLU 1 May 2022 / 19:18 4260
-  A +

Türkiyə 1-ci liqasında 35-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Manisaspor"la qarşılaşıb. 

Oyun Bursa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Namik 46-cı dəqiqədə - hesab 1:1 olanda əvəzlənib. 

"Bursaspor" bu nəticədən sonra 38 xalla 19 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ələskərov "Bursaspor"da 6 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən məhsuldar oyunçusudur.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner