“Nəticənin belə olmağını istəmirdik. Rəqibi təbrik edirəm. Ən yaxşı penalti vuranımız da vurmaya bilərdi. Bu, üzərində durulacaq məqam deyil”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Zirə” ilə cavab matçından (0:0, penaltilər seriyası - 2:4) sonra təşkil olunan mətbuat konfransında deyib.
İlk oyunda da paytaxt təmsilçisi ilə 0:0 hesablı heç-heçəyə razılaşan komandanın çalışdırıcısı penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmaqlarını belə şərh edib: “Oyuna gəldikdə isə futbolçularımı soyunub-geyinmə otağında təbrik etdim. Həddən artıq istəkli idilər. Çoxdandır ki, belə oyun görmürdük. Məğlub olduğumuza görə heyfslənirik. Amma gələcəyə baxmalıyıq. İnanıram ki, daha da yaxşı olacağıq. Maraqlı bir məqam var. Pis oynadığımız oyunlar var ki, qələbə qazanmışıq. Bu gün isə əksi oldu. İkinci hissədə və əlavə vaxtda komanda çox istəkli idi, futbolçular qol vurmaq üçün alışıb-yanırdılar, hər şeyi yaxşı və düzgün edirdilər. Tiaqonun bir-iki epizodu oldu, onları vura bilsəydi, bu gün sevinən tərəf biz olardıq. Göstərdikləri oyuna, əzmə görə futbolçularımı təbrik edirəm. İstəməzdik ki, titulsuz qalaq. Həyatdır, davam edir, belə şeylər də olur”.
Abasov AFFA İcraiyyə Komitəsinin bu gün qəbul etdiyi qərarlar barədə də danışıb. O, həmişə çempionatımızda legioner limitinin aradan qaldırılmasının tərəfdarı olduğunu deyib: “İnanın ki, heç qərarlarla tam tanış olmamışam. Hər zaman limitin aradan qaldırılmasını istəyənlərdən biri mən idim. O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin dövrdə jurnalistlər, mütəxəssislər mənim üzərimə hücum etdilər. Ondan sonra dedim ki, mən kənarda qalım. İndi isə niyə ləğv olunmur deyə sual verilir. Bununla bağlı cavab verən deyiləm. Danışdım və gördüm. Hamısı özünü yaxşı eləmək, patriotluğunu göstərmək istəyir. Qərar verdim ki, danışmaq olmaz və danışmayacağam”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı