"İlk dəfə finalda çıxış edəcəyik. Futbolçularımı və azarkeşləri təbrik edirəm. Maraqlı, gərgin oyuna şahid olduq. Əsl kubok ab-havası var idi".
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.
İlk oyunda da rəqibi ilə qolsuz heç-heçə edən "Zirə" bugünkü matçda penaltilər seriyasında üstün olaraq (4:2) finala yüksəlib. R.Sadıqov bu qələbəni belə şərh edib:
“Hər iki komanda taktiki mübarizə apardı. Qol epizodları çox olmadı. “Zirə” azarkeşlərini, rəhbərliyini təbrik edirəm. İlk matçdakı ssenarinin davamına hazırlaşırdıq. 50-55-ci dəqiqədən sonra üstünlük “Neftçi”yə keçdi, topa nəzarəti itirmişdik. 5-3-2-dən 5-4-1 sisteminə keçdik. Ondan sonra komanda sanki nəfəs aldı, daha rahat oynamağa başladı. Oyunda gah bu, gah digər komanda üstün olurdu. Hər iki komanda qələbəyə layiq idi”.
O, matçdan əvvəl penaltilər seriyasına hazırlaşmadıqlarını əlavə edib: "Heç hazırlıq görməmişdim. Məşqdə bir an fikirləşdim. Amma istəmədim futbolçularıma mesaj verim ki, biz 0:0 hesabına oynayacağıq. Komandanı qələbəyə kökləyirdik. Amma kimlərin penaltini necə vurduğu haqda məlumatımız var idi. Penalti elədir ki, dünya ulduzları da bəzən qaçırırlar. Bu üzdən hazırlaşmamışdıq".
Qeyd edək ki, "Zirə" mayın 27-də keçiriləcək final matçında "Qarabağ"la qarşılaşacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı