“Zirə”nin tarixində ilk

“Zirə”nin tarixində ilk
ÖLKƏ FUTBOLU 29 Aprel 2022 / 23:49 1913
-  A +

“Zirə” tarixində ilk dəfə Azərbaycan kubokunun final mərhələsinə vəsiqə qazanıb. 

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi buna turnirin yarımfinalında “Neftçi” səddini adlamaqla nail olub. Komandalar arasında ilk matç və cavab oyunu 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Lakin Rəşad Sadıqovun baş məşqçilik etdiyi "Zirə"  penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə həlledici mərhələyə vəsiqə əldə edib.

Qeyd edək ki, “Zirə” finalda “Qarabağ”la üz-üzə gələcək. Görüş mayın 27-də keçiriləcək.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner