Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.
Qol.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ramiz Ramizzadəni Rüstəm Alimli əvəzləyib.
Bildirilib ki, Ramizzadənin vəzifəsindən azad olunması Göygöl Olimpiya İdman Kompleksində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar deyil: "Baş məşqçi federasiya ilə qarşılıqlı razılaşma əsasında tutduğu vəzifədən ayrılıb. Göygöldə özünü pis hiss edən cüdoçular 15 yaşadək idmançılardır. Ramizzadə isə 15 yaşdan yuxarı - 18 yaşadək idmançılardan ibarət yığmanın baş məşqçisi olub. Onun Göygöldəki hadisə ilə bağlı işdən azad edilməsi bu baxımdan mümkün deyil".
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər