Bu gün Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. AFFA prezidentinə VAR Mərkəzinin iş prinsipi ilə bağlı məlumat verilib.
Daha sonra Rövnəq Abdullayev FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunmuş vitse-prezident Elxan Məmmədova İcraiyyə Komitəsi adından uğurlar arzulayıb.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 2022/2023-cü il mövsümündən etibarən "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan" komandaları Birinci Divizionda çıxış edəcək.
2. Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdiriləcək.
3. Premyer Liqada gənc futbolçular üçün yaş limiti ləğv olunub.
4. Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməyəcək (3 əvəzetmə sayı saxlanılsın).
5. 2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdiriləcək.
6. 2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdiriləcək.
7. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılıb. Əsasnamə 1 ay ərzində İcraiyyə Komitəsinə təqdim olunacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı