“Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı klubun rəsmi saytına müsahibə verib.
Qol.az xəbər verir ki, komandaya daha çox kömək edə biləcəyini düşündüyünü deyən 21 yaşlı hücumçu azarkeşlərin dəstəyinin futbolçuları oyundan-oyuna qələbə qazanmağa həvəsləndirdiyini bildirib.
- Ötən mövsüm cəmi 2 matçda əsas komandanın formasını geyinsən də, bu mövsüm artıq 13 Premyer Liqa oyununda meydana çıxmısan, hətta 1 qol və 4 məhsuldar ötürmə ilə də yadda qalmısan...
- Bəli, düzdür, keçən mövsüm yalnız 2 oyunda meydana çıxdım ki, bu da Samir müəllimin gəlişindən sonra oldu. Yay hazırlığından sonra baş məşqçimiz mənə daha çox oynamaq şansı verdi. Mən də bacardığım qədər çox şans qazanmağa çalışıram. Mübarizəni sevdiyim üçün daha çox oynamağa çalışmaq həm də mənim üçün əlavə motivasiyadır.
- “Səbail”lə son qələbədə sənin də böyük payın var. Məhz sənin cərimə meydançasına asmandan sonra top qapı tirinə dəyib Yusuf Lavalın başla qol ötürməsinə səbəb oldu. Öz oyunundan razısanmı?
- Həm qələbə qazandığımıza, həm də bunda mənim az da olsa payımın olduğuna sevinirəm. Düşünürəm ki, komandama daha çox kömək edə bilərəm. Bunun üçün çalışıram və oyundan-oyuna daha yaxşı olacağına inanıram.
- Qarşıdan Azərbaycan Kubokunun yarımfinal oyunu gəlir. Səncə, "Neftçi" “Zirə” ilə cavab matçında qalib gəlib finala vəsiqə qazana biləcəkmi?
- Mən “Neftçi”nin yetirməsiyəm və bilirəm ki, bu klubun kubokdakı hədəfi final yox, çempionluqdur. Bunun üçün sona qədər mübarizə aparacağıq.
- “Neftçi”nin uğurlu seriyanı davam etdirməsində azarkeşlərin də rolu böyükdür. Onlara sözün varmı?
- “Neftçi” deyəndə, həmişə azarkeşlərin dəstəyi də yada düşür. Bu isə bizi oyundan-oyuna qələbə qazanmağa həvəsləndirir. “Əynimdə formam, boynumda şərfim, bitməyəcək sənin ağ-qara sevgin!” sözləri heç vaxt tribunalardan əskik olmasın.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı