Belarus – Azərbaycan oyunu bu ölkədə – Rəsmi

Belarus – Azərbaycan oyunu bu ölkədə – Rəsmi
ÖLKƏ FUTBOLU 28 Aprel 2022 / 14:29 5167
-  A +

İyunun 6-da Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçının məkanı müəyyənləşib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, C Liqasında 3-cü qrupun 2-ci tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. Buna səbəb rəsmi Minskin Rusiya - Ukrayna müharibəsində Kremli dəstəkləyən mövqe tutmasıdır.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner