Türkiyə mediasında Azərbaycan millisinin “Bursaspor”da çıxış edən üzvü Namik Ələskərovla Superliqa klublarının yaxından maraqlandığı haqda xəbərlər yayılıb. 26 yaşlı yarımmüdafiəçinin yay transfer pəncərəsində 1-ci liqa təmsilçisindən ayrılacağı iddia olunur.
Ələskərovun meneceri Vaqif Heydərli məsələ ilə bağlı Qol.az saytına açıqlamasında bu məlumatları təkzib edib və hələlik heç bir rəsmi təklif almadıqlarını deyib:
“Nə Namikin, nə də mənim bu xəbərlər haqqında məlumatımız var. Hazırda heç bir rəsmi təklif yoxdur. Yəni bizimlə əlaqə saxlamayıblar. Namikin “Bursaspor”la hələ gələn yayadək müqaviləsi var. Həm də klubun 1-ci liqada qalıb-qalmayacağı da bilinmir. Bu barədə danışmaq hələ tezdir. Nə olacaqsa, mövsüm başa çatandan sonra olacaq”.
Qeyd edək ki, Namik ötən yay “Bursaspor”la 2 illik müqavilə imzalayıb. 2021/22 mövsümündə 1-ci liqada 29 matçda 6 qol vuran və 6 qolun ötürməsini verən Ələskərov bu göstəricidə komanda yoldaşları arasında liderdir. Onun klubu hazırda çempionatın turnir cədvəlində 19 komanda arasında 35 xalla 18-cidir və təhlükəli zonadadır. Müqaviləyə əsasən, “Bursaspor” birinci liqanı tərk edərək aşağı liqaya düşərsə, bu halda Namik klubdan ayrılmaq hüququ əldə edir.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı