Azərbaycan kubokunda yarımfinal FİFA hakimlərinə tapşırıldı

Azərbaycan kubokunda yarımfinal FİFA hakimlərinə tapşırıldı
ÖLKƏ FUTBOLU 28 Aprel 2022 / 11:29 2324
-  A +

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının hakimləri müəyyənləşib.

Qol.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyun FIFA referilərinə tapşırılıb. "Qarabağ" - "Qəbələ" oyununu Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev (ehtiyat hakim) kömək edəcək.

"Neftçi" - "Zirə" matçı isə Əliyar Ağayevə tapşırılıb. Bu görüşün yan xətt hakimləri Zeynal Zeynalov, Akif Əmirəli olacaq. Ehtiyat hakim isə Rəşad Əhmədovdur.

Qeyd edək ki, yarımfinal matçları aprelin 29-da keçiriləcək.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner