Mahir Emreli zədələndi

Mahir Emreli zədələndi
ÖLKƏ FUTBOLU 27 Aprel 2022 / 16:07 6424
-  A +

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən millimizin üzvü Mahir Emreli zədələnib.

Qol.az xəbər verir ki, bu barədə "Sportske.jutarnji" nəşri məlumat yayıb.

25 yaşlı hücumçu Xorvatiya çempionatının 32-ci turunda “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri oyunda çiynindən xəsarət alıb. Onun müalicəyə başladığı və bərpa olunması üçün müəyyən vaxta ehtiyac olduğu bildirilib.

Emrelinin mayın 1-də "Lokomotiv" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner