Veteran futbolçu Maşallah Əhmədovun İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevlə bağlı şikayətinə xitam verilib.
Qol.az "APA"ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən aparılan araşdırmanın nəticəsinə görə Vilyam Hacıyevin Maşallah Əhmədov və iş adamı Müqayis Verdiyevə borcu olması, onlara qarşı dələduzluq etməsi sübut olunmayıb. Şikayət əsassız olduğuna görə cinayət işinə həmin epizodla bağlı hissədə bəraətverici əsaslarla xitam verilib.
Maşallah Əhmədov və Müqayis Verdiyevin sabiq icra başçısının məhkəməsində ifadə verəcəkləri gözlənilsə də, sözügedən qərardan sonra onlar şahidlər siyahısına salınmayıblar.
Xatırladaq ki, Maşallah Əhmədov uzun müddətdir Vilyam Hacıyev tərəfindən aldadıldığını iddia edib. Onun sözlərinə görə, iş adamı Müqayis Verdiyevlə birgə İmişli Rayonunda aparılan yenidənqurma işlərində iştirak etsələr də, Vilyam Hacıyev onların pulunu verməyib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırma aparılıb.
Xatırladaq ki, M.Əhmədov 2015-ci ildə bir neçə nəfərə qarşı dələduzluq etdiyinə görə həbs olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum olunub.
O, 2017-ci ildə cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı