"Barselona"nın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Barselona"nın futbolçusu üçün mövsüm erkən başa çatdı
ÖLKƏ FUTBOLU 25 Aprel 2022 / 17:42 1937
-  A +

"Barselona"nın müdafiəçisi Serjinyo Dest zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Amerikalı oyunçu ötən gün "Rayo Valekano" ilə matçda (0:1) sıradan çıxıb. Bu səhər aparılan testlər nəticəsində Destin sağ bud vətərlərinin zədələndiyi müəyyənləşib. O, mövsümün qalan hissəsində meydana çıxmayacaq. 

Qeyd edək ki, Dest bu mövsüm "Barselona"nın heyətində 27 oyunda 3 qolun ötürməsini verib. 

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner