"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 24-cü turunda "Neftçi"yə uduzduqları matç (0:1) barədə danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis qol vurmaq üçün ustalıqlarının çatmadığını deyib:
“Sürətli, dinamik oyunun şahidi olduq. Üstün, kifayət qədər yaxşı oynadıq. Rəqibə layiqli müqavimət göstərdik. Bu gün son nöqtəni qoymağımıza ustalıq çatmadı. Rəqibin Maçado, Bezerra kimi oyunçuları var. Bizim belə hücumameylli oyunçularımız azdır. Gəncləri meydana buraxdıq. İlk hissədə əsasən rəqibi təzyiq altında saxlamağı düşündük. Planımız böyük ölçüdə alındı. Bunu nəticəyə çevirmək çətin oldu. İkinci hissədə qol buraxdıqdan sonra da oyundan qopmadıq. Azı 7-8 qol epizodumuz oldu. Bu gün “Neftçi” üçün 1 xal da yaxşı olardı. Onlar 3 xala sevinməlidirlər. Çünki məncə, matçın gedişində onlar qələbə qazanacaqlarını heç özləri də gözləmirdilər. Artıq neçə oyundur ki, rəqiblərdən oyun baxımından geri qalmırıq. Sadəcə, ustalıq səviyyəsi çatmır. Bir neçə gənc oyunçumuz var ki, belə matçların ağırlığını qaldırmaq onlara çətin olur. Oyunumuza görə pozitivik”.
Hacıyev görüşün baş hakimi Rəvan Həmzəzadənin qərarlarından narazı qaldığını bildirib:
“Düşünürəm ki, təmiz qol idi. Matçın içində hiss etmək olmurdu. Videogörüntüyə baxdıqdan sonra təmiz qol olduğunu gördük. Ümumiyyətlə, oyunun tempini daha çox hakim aşağı saldı. Rəqib son çempion “Neftçi” idi. Görüşün tempini bu qədər aşağı salmağa ehtiyac yox idi. Hakimin qərarlarını anlamadım. Qapıçı oyunun vaxtını kifayət qədər uzadır, 90-cı dəqiqədə sarı vərəqə verir. Bir neçə epizodda əks-hücuma çıxırıq, top bizdə olarkən oyunu saxlayıb, rəqibə sarı vərəqə göstərir. Hakim “Neftçi”yə azlıqda olduğunu hiss etdirmədi. Rəvan Həmzəzadə matçın tempinə ayaq uydura bilmədi. Bəlkə də, bu cür qərarlar rəqibə sərf elədi. Bizi üzən sarı vərəqələr oldu. Adil Nağıyev və Tural Bayramlını növbəti turda kimlərin əvəzləyəcəyi bizim üçün böyük sualdır. Ancaq yenə də əlimizi yanımıza salmayacağıq. Qalan 4 matçda layiqli mübarizə aparıb, xallar qazanmağa çalışacağıq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı