"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 24-cü turunda "Səbail"ə qalib gəldikləri matçı şərh edib.
Qol.az xəbər verir ki, o, 1:0 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında komandasının görüşdə çox yorulduğunu deyib:
"Futbolçularımı təbrik edirəm. Bu cür oyunlar da olur. Məcburiyyətdən çox qaçdıq. Halbuki bunu istəmirdik. Çünki fikrimiz ən azından kubok oyununa gümrah qalmaq idi. Əfsuslar olsun ki, belə olmadı. Futbolçularımı başa düşürəm. Psixoloji təzyiq var idi. Məqsədimiz qalib gələrək seriyamızı davam etdirmək idi. Sezar Meza Kolli, İvan Brkiç, Voyislav Stankoviç, Mert Çelik kimi futbolçularımız zədəlidir. Bu da futbolçularıma təsir edə bilər. Hələ fikirləşmişdik ki, oyunumuz yaxşı gedər, bəzi oyunçuları da dəyişib istirahət verərik. Əfsuslar olsun ki, bu da alınmadı. Eybi yox, çıxış yolumuz yoxdur. Kuboka hazırlaşacağıq. Əsas odur ki, qalib gəldik".
S.Abasov çempionluq mübarizəsindən danışarkən onu da etiraf edib ki, "Qarabağ"ın bu mövsüm Premyer Liqanın qalibi olacaq: "Bəzi oyunçular var ki, sabah təkrar müayinəyə göndəriləcək. Vəziyyətimiz yaxşı deyil. Bu oyuna kimi çalışırdım ki, bəlkə nikbin duruma yanaşam. Amma bu oyun məni narahat etdi. "Qarabağ" artıq çempiondur. Bunu gizlətməyək. Biz xal itirsək də, itirməsək də bu, belədir. İki komandanın digər rəqiblərə qarşı oyunu göz qabağındadır. Mən nə desəm də, siz baxırsız, görürsüz. Məqsədimiz var idi ki, seriyamızı davam etdirək, kubok oyunu öncəsi əhvalımız yaxşı olsun".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı