"Bizim üçün gərgin oyun oldu. Çempionatın sonuna yaxınlaşdıqca futbolçularda əlavə psixoloji basqı olur. Bunu ilk yarıda hiss edirdik. Gözləyirdik ki, ilk yarı bizim üçün daha çətin olacaq. Səbrli, təmkinli oynayaraq, ikinci hissədə daha böyük qüvvə ilə hücum etməyi planlaşdırırdıq".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turunda bu gün "Sumqayıt"la keçirilən matçdan sonra mətbuat konfransında deyib.
O, səfərdə qazanılan 1:0 hesablı qələbəni belə şərh edib: "Şükür Allaha istədiyimizə nail olduq. İkinci hissədə daha hücumameyilli oynadıq, qol epizodlarımız da var idi. Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım. Xüsusilə də ikinci yarıda göstərdiyimiz futbola görə. Çox vacib, kritik oyun idi. “Qəbələ” də bu gün məğlub olmuşdu. Üçüncülük üçün vacib və önəmli qələbə oldu. Bu cür qələbələr komandadakı özünəinamı artırır. Futbolçular sona qədər mübarizə apardı, ruhdan düşmədilər. Ən vacibi də o idi ki, kor-koranə hücum etmirdilər. Düşünülmüş hücumlar etməyə çalışırdılar. Bu da mənim üçün çox vacib idi. “Sumqayıt” son oyunda “Qəbələ”yə qarşı çox yaxşı oyun keçirmişdi. Görünürdü ki, komandada canlanma və irəliləyiş var. Bu gün də onun şahidi olduq. Çox yaxşı oyun keçirdilər".
R.Sadıqov Coşqun Diniyevin oyun ərzində xeyli top itkisinə yol verdiyinə baxmyaraq, onu əvəzləməməsinin səbəbini izah edib: "Ehtiyatda oyunçumuz var. Əvvəlcə Davit Volkovu meydana buraxaraq hücum xəttini gücləndirdik. Hücumdakı kreativliyi artırmaq üçün Ahmet Ayzayanı da oyuna buraxdıq. Oyunun sonlarına yaxın Coşqun yorulmuşdu. Çünki o, həm keçən oyunda, həm də bu oyunda ilk dəqiqələrdən meydanda çox işləyirdi. İmkan olsaydı, 5-10 dəqiqə daha tez dəyişmək olardı. Coşqunun yaxşı oynadığı matçlardan biri oldu. Top itkiləri olacaq. Aparıcı oyunçumuzdur, arxadan oyunumuzun qurulmasında əsas iş ondan keçir. Top itkiləri qaçılmazdır. Əsas olan futbolçunun oyuna yanaşması və verilən tapşırıqları icra etməsidir. Bu baxımdan da hər hansı problem hiss etmədim".
R. Sadıqov "Yorğunluğun fonunda “Neftçi” ilə kubok matçına hazırlaşmaq çətin olmayacaq?" sualını belə cavablandırıb: "Bu, bizim üçün elə oyun idi ki, bundan sonraki matçı fikirləşə bilməzdik. Kubok oyunu elədir ki, uduzsan kənarda qalırsan. Finala çıxmaq belə, avrokuboklara vəsiqə vermir. Mənim üçün "Zirə"nin avrokuboklar yolunda bu oyun daha önəmliydi. Bütün gücümüzü, fikrimiz bu oyuna yönəltdik. Bundan sonra artıq “Neftçi” ilə cavab oyununu fikirləşəcəyik. Beş gün keçdikdən sonra oynayacağıq. “Neftçi” də az güc sərf etməyib. “Səbail”lə gərgin oyun keçirib, bildiyim qədərilə azlıqda qalıb. Hər iki komandanın şəraiti eyni olacaq. Burada daha soyuqqanlı və inamlı oynayan növbəti mərhələyə keçəcək".
Messi karyerasında 178-ci dubluna imza atdı
"Belə xarakter hər komandaya nəsib olmur" - Kaxaber Sxadadze
"Ən vacibi odur ki, biz növbəti mərhələdəyik" - Puxaç
Qətər Finalissima matçından imtina etmək istəmir
"Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz"
"Mançester Siti" Andersonu hədəfə aldı
"Sabah"ın dramatik qələbəsindən - Video
Derbidən sonra sanksiyalarla üzləşdi
Azərbaycan kubokunda sonuncu yarımfinalçılar müəyyənləşdi
"Real" ciddi itkilər var, akademiyadan oyunçular çağrıldı
DÇ-2026: İqlim şəraiti futbol qaydalarını dəyişir
Gimnastlarımız Dünya Kubokunun finalında
Vitinya "Real"a gedir?
Klub ÇL-yə vəsiqə qazansa, maaşı artırılacaq
"İşlər qaydasında olanda güclü oyunçu olmaq asandır"
"Çempionatda ən az legioneri olan klub bizik" - Azər Bağırov
"Şəfa" qalib gəldi, "Bakı Sportinq" uduzdu
"Kubokda da hədəfimiz böyükdür" - Ruslan Abışov
Qəbələdə heyətlər açıqlandı
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq
"PSJ-dən ayrılmaq ağılsızlıq olar"
Mərakeş millisində baş məşqçi dəyişikliyi
Həkimlər Tedeskonun oyuna çıxmasına icazə verməyib
Macarıstan - Azərbaycan oyununun hakimləri məlum oldu
"Flamenqo"da baş məşqçi təyinatı rəsmiləşdi
"Kəpəz" - "Turan Tovuz": Heyətlər
2-ci liqada 6 oyunun hakimləri
Finalissima Avropada keçirilə bilər
Həftənin hakimləri açıqlandı
Komandası uduzdu, "Arsenal"ı sərt tənqid etdi
Vaqif Cavadov Belçika klubunda təcrübədə - Şəkillər
Azərbaycan klubu afrikalı futbolçu transfer etdi
Kadi: “Qızıl dubl etməyi bacararıq”
Dadaşov dubl edib qələbə qazandırdı
"Beşiktaş" və "Fənərbaxça" 1/4 finalda
Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi
"River Pleyt"in yeni baş məşqçisi məlum oldu
"Fənərbaxça"nın futbolçusu vətəninə qayıdır
"Yeni mövsümdə hər şey gözlənilir" - Qurban Qurbanov
Levandovski qoruyucu maskada məşqlərə başladı
“Qarabağ”ın oyununda gözlənilməz hadisə - Video
Addainin dublu, "Qarabağ"ın inamlı qələbəsi - Video