"Azarkeşlər məni fitə bassalar da, qalacağam" - Neymar

"Azarkeşlər məni fitə bassalar da, qalacağam" - Neymar
ÖLKƏ FUTBOLU 24 Aprel 2022 / 13:25 1514
-  A +

PSJ-nin  hücumçusu Neymar klub azarkeşlərinin onu fitə basmasından danışıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu bununla bağlı deyib: "PSJ-dən ayrılmaq fikrində deyiləm. Onlar məni fitə basmağa davam etsə belə, qalacağam. Klubumla daha 3 illik müqaviləsi var. Ona görə də azarkeşlər fit basmağı dayandırsalar yaxşıdır, çünki onlara hava çatmayacaq (gülür)".

Xatırladaq ki,  Neymar bu mövsüm Fransa çempionatında 19 oyuna çıxıb, 11 qol vurub və 5 qol ötürməsi verib. Paris təmsilçisi bu mövsüm çempionluğu erkən təmin edib.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner