Elmar Baxşıyevə bu cəza verildi

Elmar Baxşıyevə bu cəza verildi
ÖLKƏ FUTBOLU 22 Aprel 2022 / 13:42 2203
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az xəbər verir ki, toplantıda Premyer Liqamızın 23-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib. 

“Qəbələ” – “Sumqayıt” oyunun 90+3-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner