"Qarabağ"dan gedəcəyi dəqiqləşdi

"Qarabağ"dan gedəcəyi dəqiqləşdi
ÖLKƏ FUTBOLU 22 Aprel 2022 / 09:26 7380
-  A +

"Qarabağ"ın futbolçusu Xayme Romero ilə yollarını ayıracağı dəqiqləşib.

Qol.az-ın xəbərinə görə, ispaniyalı yarımmüdafiəçinin mövsümün sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2019-cu ildən Ağdam klubunda çıxış edir. 2021-ci ilin sentyabrında zədələnən yarımmüdafiəçi o vaxtdan meydana çıxmayıb. O, "Qarabağ"da ümumilikdə 33 oyuna 7 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner