Sərxan Hacıyevdən Elxan Məmmədovla bağlı açıqlama

Sərxan Hacıyevdən Elxan Məmmədovla bağlı açıqlama
ÖLKƏ FUTBOLU 21 Aprel 2022 / 17:17 1672
-  A +

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, bu haqda bu gün Şamaxıda jurnalistlərə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib. Onun sözlərinə görə, AFFA-dakı növbəti seçkilərə qədər E.Məmmədov qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Elxan Məmmədov FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru vəzifəsinə təyin olunması ilə əlaqədar AFFA-nın icraçı-vitse prezidentliyindən gedib. O, mayın 1-dən AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və vitse-prezident kimi (ictimai əsaslarla) davam etdirəcək.

Daha çox


Son xəbərlər
05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner