Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşlərinə start verilib.
Qol.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Kənan Babayev çıxıb.
Əvvəlki mərhələlərdə türkiyəli Telet Yağlı və gürcüstanlı Oruc Əhmədova qalib gələn ölkə çempionu yarımfinalda irlandiyalı Tedi Coysla qarşılaşıb. 48 kq çəki dərəcəsində keçirilən döyüş Babayevin qələbəsi ilə yekunlaşıb. O, rəqibini 5:0 (28:27, 28:27, 29:26, 28:27, 28:27) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Bununla da Azərbaycan yığması 3 illik fasilədən sonra analoji yarışın həlledici görüşündə təmsil olunacaq.
Qeyd edək ki, Kənan sabah keçiriləcək çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam