"Böyük üstünlüyə sahib idik. "Neftçi" komanda şəklində öz cərimə meydançasında müdafiə olunurdu. Avtoqoldan sonra demək olar ki, 90 dəqiqə müdafiədə oturdular. Bu gün meydanda gördüklərimiz çox qəribə idi. Öz futbolçularıma təşəkkür etmək istəyirəm. Əllərindən gələn hər şey etdilər. Bizim təmiz qolumuzu əlimizdən aldılar. Düşünürəm ki, orada heç bir qayda pozuntusu yox idi".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Oyun ərzində çoxlu dəyişiklik edildi. Bir neçə dəfə həkimlər meydana daxil oldu, amma əsas vaxta cəmi 3 dəqiqə əlavə olundu. Bu hakim mənim "Sabah"a gəldiyim ilk oyunu idarə edirdi. Hesab 3:1 olarkən heç nədən 46-cı dəqiqədə Kamaranı qırmızı vərəqə ilə meydandan kənarlaşdırmışdı, lehimizə təmiz penaltini verməmişdi. Oyunu öz istədiyi kimi idarə edir" - deyə o bildirib.
M.Musayev "Sabah" ilk hissədə zəif təsir bağışlaması ilə bağlı söyləyib: "Mən bu fikirlə razı deyiləm. Rəqibin ilk hissədə qoldan başqa epizodu var idi? İlk hissədə zəif oynadığımızı düşünmürəm".
Mütəxəssis komandasının avrokuboklara vəsiqə qazanmaq şansını belə dəyərləndirib: "Avrokuboklarda iştirak etmək istəyirik. Əgər bugünkü kimi oyunlar olsa, biz avrokuboklara vəsiqə qazana bilməyəcəyik. Əlimizdən gələni edəcəyik. Amma hər şey may ayının sonunda bilinəcək".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi