“Sadıq Sadıqovun klubun prezidentliyindən gedişindən sonra “Neftçi” 3-4 mövsüm ard-arda 6-7-ci pillələrdə qərarlaşırdı. Sonra mənə təklif gəldi. Yavaş-yavaş “Neftçi”ni 3-cü pilləyə qaldırdıq. Burada bütün komandanın köməyi, əməyi vardı. “Neftçi”nin uğurunda klubun xadiməçisindən tutmuş, hər kəsin əməyi var idi. Çünki son 3-4 ilin uğursuzluğunu yaddan çıxarmaq istəyirdilər”.
Bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov Qol.az saytına geniş müsahibəsində bildirib. O deyib ki, komandaya gələndən sonra 2 yerli futbolçunu heyətə cəlb edib: “Bunlar Rəşad Sadiqov və Emin Mahmudov idi. Sonrakı mərhələdə isə 3 əcnəbi, 1 yerli oyunçu gətirdik. Həmin yerli futbolçu da İlkin Qırtımov idi. Bir də Ömər Buludovu əvəzedici heyətdən əsas komandaya dəvət etdim. O oynamağa başladı, sonra zədə aldı.
Belə addımlar atmağa məcbur idik. Çünki əvvəl başqa vədlər verilmişdi. Deyilmişdi ki, komanda yaxşı çıxış etsin, biz vəsait ayıracağıq, oyunçular gələcək. “Neftçi”yə cəmi 6-7 futbolçu cəlb olunandan sonra komanda artıq qələbələri sıralamağa başladı. Amma indiki duruma baxın, “Qarabağ” son 10 ildə komandanın heyətində maksimum 30 faiz dəyişiklik edib. Hansı futbolçu effekt vermirsə, onları göndərirlər. Məsələn, Miçel Madeyra, Dani Kintana, Dino Ndlovu. Hamımız deyirdik ki, Ndlovudan daha yaxşısı yoxdur. Amma o, daha çox qazanc üçün Çinə getdi. “Qarabağ” heyəti maksimum 30 faiz yeniləyir, amma komandanın kökündə olan idmançılar eyni futbolu oynayırlar. “Neftçi” isə komandanı 99 faiz dəyişdi. İndi siz baxın ki, “Neftçi”də hər il nə qədər oyunçu dəyişilir? Mən bu məsələni daha əvvəl də danışmışdım. Bəzi insanlar məndən incimişdi. Amma incimək lazım deyil. Mən Azərbaycan futbolunu inkişafı üçün danışıram. “Neftçi”nin yetirməsiyəm və o heyətdən də çıxıb Avropa çempionu olmuşam. Mənim “Neftçi”də baş məşqçi işlədiyim dövrdən indiyədək komandada bircə Emin Mahmudov qalıb. Əlbəttə ki, komandanın özəyi yoxdursa, uğursuzluq olacaq. Bir dəfə çempionluq qazanacaqsan və onun ardını gətirə bilməyəcəksən. Komandanın dirəyini saxlamaq lazımdır. Mən “Neftçi”də əsas futbolçuların ətrafında komanda qururdum”.
Ramiq Ağaməmmədov
Andradenin 200-cü oyunu
"Sabah"ın yubiley qolu
Messi karyerasında 178-ci dubluna imza atdı
"Belə xarakter hər komandaya nəsib olmur" - Kaxaber Sxadadze
"Ən vacibi odur ki, biz növbəti mərhələdəyik" - Puxaç
Qətər Finalissima matçından imtina etmək istəmir
"Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz"
"Mançester Siti" Andersonu hədəfə aldı
"Sabah"ın dramatik qələbəsindən - Video
Derbidən sonra sanksiyalarla üzləşdi
Azərbaycan kubokunda sonuncu yarımfinalçılar müəyyənləşdi
"Real" ciddi itkilər var, akademiyadan oyunçular çağrıldı
DÇ-2026: İqlim şəraiti futbol qaydalarını dəyişir
Gimnastlarımız Dünya Kubokunun finalında
Vitinya "Real"a gedir?
Klub ÇL-yə vəsiqə qazansa, maaşı artırılacaq
"İşlər qaydasında olanda güclü oyunçu olmaq asandır"
"Çempionatda ən az legioneri olan klub bizik" - Azər Bağırov
"Şəfa" qalib gəldi, "Bakı Sportinq" uduzdu
"Kubokda da hədəfimiz böyükdür" - Ruslan Abışov
Qəbələdə heyətlər açıqlandı
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq
"PSJ-dən ayrılmaq ağılsızlıq olar"
Mərakeş millisində baş məşqçi dəyişikliyi
Həkimlər Tedeskonun oyuna çıxmasına icazə verməyib
Macarıstan - Azərbaycan oyununun hakimləri məlum oldu
"Flamenqo"da baş məşqçi təyinatı rəsmiləşdi
"Kəpəz" - "Turan Tovuz": Heyətlər
2-ci liqada 6 oyunun hakimləri