“Qurban Qurbanov komandada aparıcı futbolçuları saxlayır, amma cavan, yeni nəsil oyunçular da gətirir. O çalışır ki, artıq yaşı keçən, keyfiyyətli oyun nümayiş etdirməyən futbolçuları uzaqlaşdırsın”.
Bu sözləri Qol.az saytına geniş müsahibəsində futbol mütəxəssisi Tərlan Əhmədov “Qarabağ” və “Neftçi” arasında müqayisə apararkən bildirib. Onun sözlərinə görə, Qurban Qurbanov komandanın özəyini qoruya bilib: “Bu, “Neftçi”də yoxdur. Ona görə də klub bunun acısını yaşayır. Hətta keçən il “Neftçi” çempion olandan sonra bəzi aparıcı futbolçular ayrılıq ərəfəsində idi. Bəziləri getdi. Klubda yarışmalar, söz atışmaları, incikliklər var idi. Tam olaraq daxildə nə baş verdiyini deyə bilmərik. Amma çempion bir komandanın hər bir şeyi qapalı olmalı idi. Sırf yeni mövsümdə daha uğurlu çıxış etməyə köklənməli idilər. Son 5 ildə komandanın heyəti 99 faiz dəyişməməli idi”.
T.Əhmədov bildirib ki, yalnız “Qarabağ”da Qurban Qurbanovun işinə heç bir müdaxilə olunmur: “Bu mənada klub rəhbərliyinə təşəkkür düşür. Çünki Qurban Qurbanov özü futbolçu seçimini edir. İstədiyi oyunçu gətirilir. Bu, dünyada da belədir. Baş məşqçi klub prezidentindən sonra 2-ci şəxsdir. Amma bizdə belə deyil. Prezidentdən sonra menecer, idman direktoru və başqaları var. Baş məşqçi isə sonuncu yerdədir. Ona görə də bu gün kimsə sırf klubun prezidentini ittiham edə bilməz. Məsələ burasındadır ki, bütün problemlər idman direktoru, baş menecerdən qaynaqlanır. Çünki onlar bəzən məşqçidən gizlin futbolçular dəvət edirlər. Bu da bəzən baş məşqçinin futbol fəlsəfəsinə uyğun gəlmir. “Qarabağ”ın bütün transfer siyasəti Qurban Qurbanovun öz əlindədir. O, öz fəsləfəsinə, baxışına, görmək istədiyi komandaya uyğun futbolçu seçir. Kimsə gəlib Qurban Qurbanova demir ki, bu futbolçu oynamalıdır və sən onu oynatmalısan. Əgər uğur istəyirsənsə, bütün seçimi baş məşqçi və onun məşqçilər korpusuna həvalə etməlisən”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video