“Qarabağ”ın və millinin yarımmüdafiəçisi Qara Qarayev Premyer Liqada növbəti mövsüm 10 komandanın iştirak edəcəyi ilə bağlı məsələyə münasibət bildirib.
O, Qol.az saytına verdiyi geniş müsahibədə bununla əlaqədar da fikirlərini açıqlayıb.
“Premyer Liqamızda komanda sayının artıralacağı deyilir. Düzdür, bunun hansı prinsiplə olacağı hələ bilinmir. Bəs, sizcə, bu iş hansı prinsiplə görülməlidir?” sualına cavabında Q.Qarayev deyib:
“Yəqin ki, AFFA-ya bağlı bir komanda yaradılacaq. Bu, istəmədiyim amillərdən biridir. Çünki xatırlayırsınıza, 2013-2014-cü illərdə “Xəzər Lənkəran”, “Bakı”, “İnter” kimi klubların maliyyə vəsaiti fərdi insanlardan gəlirdi. Yəni, klubların limiti də yox idi. Onlar istədikləri oyunçunu transfer edirilər. Bəzən Bakıya fantastik futbolçular gətirirdilər. İstədiyim amil fərdi insanların klub saxlamağa marağının artmasıdır. Şirkətlər və ya maliyyə vəsaiti çox olan qurumlar klublara yatırım etsə, məncə, daha yaxşı olar. Çünki zaman keçdikcə onlarda daha yaxşı nəticə qazanmaq üçün maraq yaranar. Düşünürəm ki, futbolumuzun inkişafı üçün bu amil vacibdir. Amma sözsüz ki, AFFA-nın dəstəyi ilə hər hansı bir komanda Premyer Liqaya gəlirsə, onların büdcəsində məhdudiyyət olacaq. Ona görə də klubun məskunlaşması, transfer xərcləri azala bilər. İstəyirəm ki, komandalarımızın əsas çempionatda mübarizə aparmasının səbəbi fərdi sahibkarlar olsun. Gəncə, Tovuz klublarının adları daha çox səslənir. Mən istəyirəm ki, klubun vəsaiti özündən gəlsin. Komandanı azarkeşlərin dəstəyi, qurumların üzərindən saxlasınlar ki, klubun marağı, istəkləri daha çox olsun. Hansı komanda Premyer Liqaya gəlirsə-gəlsin, bu, bizim üçün sevindirici bir haldır. Ümid edirəm ki, belə bir şey davamlı olacaq. Bizim ölkəmizə, əhalimizə baxdıqda görürəm ki, Premyer Liqada hətta 12, 14, 16 komanda oynaya bilər. Çünki Avropada, bir çox ölkələrin əsas çempionatında artıq 10-12 yox, daha çox komanda yarışır”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi