“Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç növbəti dəfə millimizin üzvü Mahir Emreli ilə bağlı danışıb.
Qol.az xəbər verir ki, o, sport.tvp nəşrinə müsahibəsində “Komandaya yeni hücumçu cəlb olunacaqmı” sualını cavablandırarkən Mahirin “Legiya”nın oyunçusu olduğunu xatırladıb:
“Emreli hələ də bizim oyunçumuzdur və müqaviləmiz olan futbolçular siyahısındadır. Başa düşməlisiniz ki, belə vəziyyətdə çox oyunçu cəlb etmək asan deyil. Amma heyətimizə baxanda panikaya düşmürəm. Pekhart, Lopes, Vłodarçik və Rosołek “Legiya” üçün çox vacib oyunçulardır. Əmrəlinin yerinə başqa hücumçumuz olmadığından şikayət etmək istəmirəm”.
Xatırladaq ki, Mahir Emreli “Legiya”nın təlim-məşq toplanışına qoşulmayıb. Məlum azarkeş hücumundan sonra Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyən 25 yaşlı hücumçunun adı bir sıra klublarla hallanır.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik