Beynəlxalq Cüdo Federasiyası (BCF) növbəti olimpiya dövrü (2022-2024) üçün cüdo idman növü üzrə yeni qaydalar tətbiq edib.
Qol.az xəbər verir ki, yeni yarış qaydalarına əsasən, bəzi əks fəndlərdə qiymətləndirmə olmayacaq və bir sıra hallarda cüdoçular kəmərdən aşağı tutmalardan da istifadə edə biləcəklər. Eyni zamanda bəzi fəndləri əks tərəfə tətbiq etdikdə qiymətləndirilməyəcəkdir.
İdmançıları qorumaq məqsədi ilə yarış zamanı qanaxma zədəsi iki dəfə həkimin göstərişi ilə müayinə edilə bilər. Həkimin eyni yerdən qanaxmaya müdaxiləsinə yenidən ehtiyac yaranarsa, hakim rəqibi qalib elan edəcək.
Bundan əlavə kəmərin və saçın düzəldilməsinə bir dəfə icazə verilir, ikinci dəfə bu hal icazəsiz təkrar olunursa, bu hərəkət şido (xəbərdarlıq) ilə cəzalandırılacaq.
Eləcə də, cüdoqi (cüdoçunun yarış paltarı) qaydalara uyğun olmazsa, idmançı yarışdan kənarlaşdırılacaqdır.
Qeyd edək ki, böyüklər arasında dünya çempionatında iştirak üçün idmançı böyüklər arasında reytinq cədvəlində ilk 100-lükdə olmalıdır. Eyni zamanda, gənc idmançılar arasında ilk 16-lıqda olan atletlər də böyüklər arasında dünya çempionatına buraxılacaqlar. İndiyə qədər belə bir məhdudiyyət yox idi.
2024-cü il üçün Olimpiya Oyunlarının təsnifat mərhələsi 2022-ci il iyunun 24-də başlayacaq və 23 iyun 2024-cü ildə başa çatacaq. Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya reytinq sıralamasında ilk 17-likdə yer almaq lazım olacaq. İlk 17-likdə eyni ölkədən iki idmançı yer alarsa, onlardan Olimpiya Oyunlarında yalnız biri iştirak edə bilər və bu zaman sıralamaya uyğun olaraq, ilk 17-likdə təmsilçisi olmayan və reytinqdə növbəti ən yüksək yerdə olan ölkənin idmançısı lisenziya əldə edəcəkdir. Bundan başqa, qitələrə müvafiq kvotalar da ayrılacaq və idmançı bu kvotalar üzrə də Olimpiya Oyunlarına lisenziya əldə edə bilər.
Yeni yarış və idman qaydaları 28-30 yanvar 2022-ci ildə keçiriləcək Portuqaliya Qran Prisindən etibarən tətbiq edilməyə başlanacaq.
Yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq edilməyə başlanacaq.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video