Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində Braziliyaya qarşı oynaya biləcək.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Lionel Skaloni məlumat verib. O, 34 yaşlı oyunçunun sözügedən görüşdə iştirak edəcəyini təsdiqləyib.
Qeyd edək ki, Messi bundan əvvəl Uruqvayla matçda yalnız 76-cı dəqiqədə meydana daxil olmuşdu. O, milli komandaların oyunları ilə əlaqədar fasiləyə qədər zədə səbəbindən PSJ-nin bir neçə matçını buraxıb.
Qeyd edək ki, Argentina - Braziliya qarşılaşması sabah keçiriləcək.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda