“Milli komandada oynamaq çətindir".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.
29 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində sabah İrlandiya ilə Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında ölkə xaricində çıxış edən oyunçuların millidə zəif çıxış etmələri ilə bağlı sualı cavablandırıb:
“Millidə məsuliyyət böyükdür. Çıxıb bütün gücünü meydanda qoymalısan ki, hamı tərifləsin. Mahir Emreli Polşada Azərbaycan futbolunu uğurla təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçu çıxır. Bu çox xoşdur. İstəyirik ki, millidə də eyni oyunu göstərsin, hər oyun qol vursun. İnşallah, ölkə xaricində çıxış edən futbolçuların hamısı daha böyük uğurlar qazanarlar". (apasport.az)
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi