"Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya da bilərdim. Birinci və üçüncü də ola bilərdim. Amma evdən çıxanda buraya qızıl medal üçün gəlmişdim. Bəzi idmançılar kimi kimisə gözdən salmıram".
Qol.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev deyib.
75 kq çəki dərəcəsində çıxış edən idmançı bəzi idmançıların olimpiadaya gəzmək üçün gəldiyini bildirib: "Buna baxmayaraq mən qızıl medal üçün gəlmişdim. Təəssüflər olsun ki, gümüş medal qazandım".
Təcrübəli karateçi finalda hakim haqqsızlığı ilə üzləşdiyini söyləyib: "Mən bəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Allahıma çox sağ ol, deyirəm. Fürsətdən istifadə edib, bütün xalqımı təbrik edirəm. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənim yanımda olubsa onlara çox sağ ol deyirəm. Ölkəmizin prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkürümü bildirirəm. Şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyev və ilk müəllimim Rafael Məmmədova da minnətdaram. Heç nəyi unutmaq olmaq. Bütün müəllimlərimi bağrıma basıram. Bu, tək mənim yox, bütün Azərbaycanın və türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Bu gün axşam məşq edib, növbəti yarışa hazırlaşacağam".
O, finalda uduzduğu italyan rəqibi Luici Buza ilə mükafatlandırmadan sonra görüşməməsinə toxunub: “Mən hər kəsə salam verirəm, düşmənim də olsa. Çox şeylər var ki, danışmaq istəmirəm. Bu gün uduzduğum idmançı pərdə arxasında elə hərəkətlər elədi ki…O qrupda qalırdı və mən ona yardım etdim. Danışığımız olmuşdu. Vurduğum zərbəni hakimlər saysaydı, başqa cür olardı. Xal üçün 5 hakimdən 4-ü xal açmalıdır, belə də olmuşdu. Amma qərar fərqli verildi. Onunla görüşmürəm, çünki buna layiq deyil. Dünyanın bir nömrəsi özüməm”.
36 yaşlı idmançı karyerası haqda da danışıb. O, 2025-ci ildə karyerasını bitirəcəyini deyib. Rafael karate məktəbi açmağı düşündüyünü vurğulayıb.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"