"Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə edə bilmirəm".
Qol.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında +78 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska deyib.
30 yaşlı idmançı 3-cülük qarşılaşmasından sonra hisslərini açıqlayıb: "Bu gün maksimum hazırlıqlı idim və görüşlərimə maksimum köklənmişdim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu mövcuddur, sadəcə, yalnız və yalnız işləmək lazımdır. Qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan ola bilər. Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Vitse-prezident Sadıq Sadıqova inanılmaz inam və dəstəyinə görə minnətdaram. Yaşlı idmançı olmağıma rəğmən, mənə inandılar. Ən böyük "çox sağ ol"u isə təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə deyirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənimlə fəxr edirlər".
Kindzerska görüşlərini belə şərh edib: "İlk görüşdən mübarizə getdi. Görüşdən-görüşə medal qazana biləcəyim təsdiqlənirdi. Əlbəttə, yarımfinalda yaponiyalı Akira Soneyə uduzmağım məni məyus etdi. Bu görüşdən sonra toparlanmaq psixoloji cəhətdən ağır idi. Amma anladım ki, ikinci məğlubiyyət mənə medalı itirməyim bahasına başa gələ bilər. Sadəcə, buna imkan verməməliyəm".
Təcrübəli cüdoçu bu gün sevinc göz yaşlarının uzun müddət axacağını da vurğulayıb: "Azərbaycanın indiyədək medalı yox idi, bu, ilk medalımızdır. Çox fəxr edirəm ki, medal hesabını açdım. İnanıram ki, bundan sonra uşaqlar daha böyük səylə çalışaraq, medalların ardını gətirəcəklər".
Kindzerska bir müddət karyerasına fasilə verəcəyini də qeyd edib: "Bərpa olunmaq, müalicə lazımdır. Zədələrim olub. Dizimdən başqa heç nə haqda düşünə bilmədiyimdən Avropa çempionatında bacara biləcəyim nəticəm yaxşı alınmadı. Dizlərim qazanc yerim, çörəyimdir. Ona görə də Avropa çempionatının medalı Olimpiya mükafatının yanında heç nədir. Şadam ki, orada uduzub, bərpa olunub bacardım. Ötən il Olimpiada bir il təxirə salındı. Bu idmançı üçün çox ağırdır. Ağlayırdım. Gücümü necə saxlayacağımı bilmirdim. Son anadək yarışın keçiriləcəyinə inanmırdım. Hər dəfə Olimpiadanın ləğvi barədə danışırdılar. Amma sevinirəm ki, yarış baş tutdu. Çox şadam ki, kiçik tarixin bir parçası oldum”.
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi