Azərbaycan bu gün Tokio-2020-də ilk medalını qazanıb.
Qol.az xəbər verir ki, cüdo yarışlarında +78 çəkidə mübarizə aparan İrina Kindzerska üçüncü yer uğrunda döyüşdə çinli rəqibi Hu Şinyana ipponla qalib gələrək bürünc medalı təmin edib.
Bununla da Azərbaycan cüdo millisi Yay Olimpiya Oyunlarında çıxışı başa vurub. 9 idmançımızdan yalnız biri medal qazana bilib.
İrina Kindzerska milliləşdirilmiş idmançımızdır. Həyat yoldaşı azərbaycanlı keçmiş cüdoçu Həmid Əliyevdir.
O, 1991-ci ilin iyunun 13-də Ukraynanın Xmelnitsk vilayətində anadan olub. O, 2017-ci ildən Azərbaycan millisində çıxış etməyə başlayıb. Millimizlə iştirak etdiyi İslam Həmrəylik Oyunları (2017) və Avropa çempionatında (2020) 2-ci, dünya çempionatı (2017) və Avropa Oyunlarında (2019) isə 3-cü yeri tutub. İrina Kindzerska 2013-cü ildə Ukrayna millisinin üzvü kimi Avropa çempionatının bürünc medalını qazanıb.
İrina bir müddət əvvəl verdiyi müsahibədə deyib: "Azərbaycanın qazandığı bu tarixi qələbə (Vətən Müharibəsindəki qələbə nəzərdə tutulur - red.) məni həqiqətən də sevindirdi. Həyat yoldaşımla birgə qələbə xəbərini eşidəndə çox kövrlədik. Bildiyiniz kimi, mənim həyat yoldaşım azərbaycanlıdır. O, mənə Azərbaycanın tarixi, əzəli torpaqları, həmçinin doğulduğu Cəbrayıl rayonu barədə çox məlumat verib. Mən bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm və Azərbaycanın günü-gündən daha da çiçəklənəcəyinə inanıram. Arzu edirəm ki, Olimpiya Oyunlarının qələbə sevincini Cəbrayılda qeyd edim”.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"